bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müəllim Ömrü

14-02-2025, 12:22 15 dəfə baxılıb

Müəllim ömrü kamilliklə müdrikliyin vəhdət təşkil etdiyi məqamlardan doğan bir ömürdür. Elə bir ömür ki, dünyanı fəth edən nəhəng insanlar onun işığında Tanrı fütuhatı ilə bərkiyiblər.
Müəllim həyatın dərk edilən zərrələrində insanların çıraq yandıranıdır. Bu şəxsin insanlığında yalnız təmiz, pak görüntülər qabarıq şəkildə özünü büruzə verir.
Qələmə aldığımız bu yazıda dediyimiz kimi, məhz belə ömür sahiblərindən biri – müəllim ömrünün mənalı və şərəfli bir ömür olduğunu aydın fikirlərində təstiqləyən Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 saylı tam orta məktəbin direktoru Əkbərov Aqşin Əfrayıl oğlu işi günün tələbləri səviyyəsində quran pedaqoqlardandır. Aqşin müəllim 70 müəllim,  890- yaxın şagirdə rəhbərlik edir. Buraxılış balı  regionlarən  üzrə yüksək bal toplayan Hacılı Lamiyə Firudin qızı olmuşdur. 687 bal ilə universtitə qəbul olmuşdur. 

Aqşin bəy Müəllim ailəsində dünyaya göz açmışdır. Daha da savadlı olduğuna görə orta məktəbi 16 yaşında bitirmişdir. Gözəl ailə başçısıdır. Övladlarının da özü kimi ziyalı olmağını istəyir.
2005-ci ildə təhsil sahəsində qazandığı uğurlara görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 4 oktyabr tarixli 1034 nomrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2020-ci ildən isə həmin məktəbin direktor vəzifəsində çalışır. Bu peşə atası mərhum Əkbərov Əfrayıl müəllimdən irsən olaraq keçmişdir.
Onu da deyim ki, Xırmandalı Kənd məktəbi 1970-ci ildən istifadəyə verilib.

Ceyhun Vaqifoğlu







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728