bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

5-03-2025, 22:00 0 dəfə baxılıb

 Baş nazir Əli Əsədov bu gün Neft Emalı Zavodunda baş vermiş yanğının səbəblərini yerində araşdırmaq üçün hadisə yerinə gedib, bilavasitə yanğının söndürülməsi prosesini müşahidə edib.

Bizimlider xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir fövqəladə hallar naziri, nazirliyin aidiyyəti strukturlarının rəhbərləri, SOCAR-ın prezidenti və başqa rəhbər şəxslərin iştirakı ilə əməliyyat müşavirəsi keçirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və başqa məsul şəxslər yanğının səbəblərinin araşdırılması və dəymiş ziyanın hesablanmasına dair məruzə ediblər.

Baş nazir səbəblərin araşdırılması və belə halların qarşısının alınması istiqamətində qəti tədbirlərin görülməsi haqda tapşırıqlar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031