Nazir Sumqayıtdakı yanğın hadisəsindən DANIŞDI: “Müşahidə kameralarında bu var”
“Yanğınla bağlı məlumat saat 17:26-da daxil olub”.
Oxu.Az xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Sumqayıt şəhərində, yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, doqquz dəqiqədən sonra ilk yanğınsöndürmə maşınları əraziyə cəlb olunub:
“Yanğının ciddiliyi nəzərə alınaraq ən yüksək dərəcəli yanğısöndürmə tapşırığı verilmişdi. 35 yanğınsöndürmə avtomobili əraziyə cəlb olunmuşdu. Daha sonra isə 2 helikopter də cəlb edildi. Onlar hava qaralana qədər burada işlədilər. Bilirsiniz ki, axşam olanda helikopterlər çalışa bilmirlər”.
Nazir bildirib ki, ilkin ehtimala görə, yanğın sahəsinin kənarında kardon tullantılar olub və yanğının oradan başladığı ehtimal edilir:
“Müəssisənin özünün müşahidə kameralarında bu var”.
O qeyd edib ki, hadisə nəticəsində xəsarət alan və ya yanğından zəhərlənən olmayıb.