bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qanunsuz ağackəsmə cinayəti - Təbiətə 381 min manat məbləğində ziyan dəyib

13-03-2025, 20:00 0 dəfə baxılıb

 Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktlarını aşkarlayıb.

Bizimlider xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən "City Life" MMC-yə məxsus ərazidə, Nərimanov rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən "Pilot-16" MMC-yə məxsus ərazidə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən köhnə "Mədəniyyət Evi"nin qarşısında, Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən "Term" kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031