bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müstəqil Azərbaycanın sosial-siyasi həyatında qadınların rolu

10-12-2019, 17:47 134 dəfə baxılıb

Müstəqil Azərbaycanın sosial-siyasi  həyatında qadınların rolu
Ölkənin siyasi həyatında uğurla fəaliyyət göstərən qadınlarımız bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox mühüm uğurlara imza atıb. Vaxtilə, Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyatı biliyinə bələd idi: Bu baxımdan ulu öndər bu zərif həm də güclü zümrənin dövlətçilik və müstəqilliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. İlk günlərdən Qarabağ savaşında düşmənə qarşı qətiyyətli etirazları ilə əhali arasında təbliğat aparan qadınlarımız YAP-ın sıralarına dəstə-dəstə gəlirdilər. Onları bu partiyanın sıralarına gətirən Heydər Əliyev zəkasına, onun müdrük siyasətinə olan böyük inam, ümid və etibar idi. Bu sarsılmaz inamla onlar YAP-ın sıralarına böyük bir orduya çevrildilər. Məhz həmin siyasətin uğurlu davamçısı olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti bu gün hər bir qadın üçün örnəkdir. Onun təkcə İslam dünyasında və Azərbaycanda qadınların ictimai və peşəkar həyatdakı rolu haqqında, eyni zamanda azərbaycanlıların dünyəvi, multikultural, tolerant və proqressiv adət-ənənələri, milli dəyərləri ilə bağlı apardığı təbliğatı, xalqın və dünya ictimaiyyətinn böyük marağına səbəb olmuşdur. Mehriban xanım Əliyevanın qadınlar üçün nümunəvi rolunun olması ilə yanaşı, onun qadın hüquqlarının təmin edilməsində davamlı səyləri yerli ictimaiyyət arasında böyük maraq kəsb edir.
Məlumdur ki, Azərbaycan tarixinin görkəmli qadın şəxsiyyətlərindən olan Tomris, Nüşabə, Məshəti Gəncəvi, Sara xatun, Xurşudbanu Natəvan kimi qadın mütəfəkkirlərimizin olması, həmçinin 1918-ci ildə Azərbaycanda qadınlara bəzi Qərb ölkələrindən öncə səsvermə hüququnun verilməsi faktdır. Sonrakı dövrlərdə müsəlman ölkələrində qadınların cəmiyyətdə oynadığı rol, üzləşdikləri çətinliklərə baxmayaraq, məhz bu gün Azərbaycan qadınını müsbət nümunə kimi dünya ictimaiyyətinə təqdim edirlər. Ölkəmizdə qadınların peşəkar sahədə əldə etdikləri nailiyyətlər, müsəlman adət-ənənələrinə riayət edilməklə, Azərbaycanda dünyəvi sistemin bərqərar edilməsi nəticəsində yaradılmış şərait ölkə rəhbərliyinin siyasi iradəsinin nəticəsidir.
Tarixi təcrübə göstərir ki, bir cox taleyüklü məqamlarda məhz qadınlar daxildən gələn tələbatla, humanizm və insanpərvərliklə, sülh, barış missiyalarını üzərlərinə götürmüş, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrilmişlər. Qadınların parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi bəzi hallarda, hətta insan tələfatı ilə nəticələnəcək böyük münaqişələrin, toqquşmaların qarşısını almışdır. Bu gün də dünyanın hər yerində qadınların bərabərlik, sülh və sabitlik uğrunda hərəkatı genişlənmişdir. Daim inkişafda olan tərəqqipərvər Azərbaycan qadınları məhz Mehriban xanımın təşəbbüsü ilə bu hərəkatlara fəal surətdə qoşulur, millətimizin haqq səsini beynəlxalq tribunalardan səsləndirir.
Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadınının timsalında Mehriban xanım idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edir, bütün dünyada sülhün, əmin-əmanlığın, sabitliyin bərqərar olmasına çalışır. Bu gün Mehriban Əliyeva təkcə xeyirxah layihələrin gərçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın genişlənməsində böyük işlər görür.
Həmişə sülhün, əmin-əmanlığın carçısı olmuş, Mehriban Əliyeva ölkədə baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində üzərlərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Gənc nəsli vətənə sadaqət, Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək kimi ağır yükü şərəflə çəkmişdir. Cəmiyyətdə gedən demokratikləşmə proseslərindən irəli gələrək ölkədə çoxaylı qadın təşkilatlarının yaradılması, ümummilli miqyasda fəaliyyət göstərən bu qrumların əsas məqsəd kimi Azərbaycan qadının sosial statusunun yaxşılaşdırılması, onun sosial-iqtisadi problemlərinin həlli və sair kimi vacib məsələləri önə çəkməsi də həmin ictimai-siyasi fəallığın bariz təcəssümüdür. Bu baxımdan, Azərbaycanda “ birinci xanım” institutunun 2003-cü ilin oktyabrından sonar formalaşması, bnun YUNESKO və İSESKO-NUN xoşməramlı səfiri, birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktı da xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlmişdir. Heydər Əliyev Fondu ölkədə elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı, sosial problemlərinə, qadınlarına qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.
Azərabycanın birinci xanımı nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dioloq prosesinə öz töhfəsini verir. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir. Mehriban xanım Əliyeva daima çıxışlarında bildiri ki, biz bu gün həyatımizin bir cox sahələrində qadınların əldə etdiyi uğurlara haqqlı olaraq fəxr etməliyik. Tarix boyu Azərbaycanda mədəniyyətimizin, ana dilimizin, dinimizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunub saxlanmasında qadınların misilsiz xidməti olmuşdur. Azərabaycanda qadın, ana, hər zaman uca, müqəddəs sayılmış, qadın övladlarını vətənpərvərlik, xeyirxahlıq, mərdlik, qonaqpərvərlik, tolerantlıq ruhunda tərbiyə edərək, xalqımıza xas olan bu gözəl xüsusiyyətləri qoruyub saxlamışdır. Birinci Vitse-Prezident haqlı olaraq vurğulayır ki, tarixən Azərbaycan qadını ölkəmizin mədəniyyətinə, elminə, təhsilinə, səhiyyəsinə öz böyük və layiqli töhfələrini vermişdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra demək olar ki, qadınların qarşısında daha geniş imkanlar açıldı. Bu gün Azərbycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. İqtisadi artım sürətinə görə Azərbaycan 4 ildir ki, dünyanın lider ölkəsidir. Bu inkişaf həyatımızın bütün sahələrində müşahidə olunur və bu uğurlarda Azərbaycan qadınının böyük rolu, böyük payı var - deyə Mehriban xanım Əliyeva bildirmişdir.
Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dogma yurdlarından didərgin düşmüş məcburi köçkün uşaqlarının təhsili sahəsindəki obyektiv problemləri həmişə diqqət mərkəzində saxlayır və bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin uğuru göz qabağındadır.
Beləliklə, Azərbaycan qadınlarının bugünki fəaliyyəti kifayət qədər mühüm və məsuliyyətli dövrə təsadüf etməkdədir. Son illər ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyada öncül mövqelərə cıxmış, ölkə həyatının bütün sahələrində yeni intibah mərhələsi başlamışdır. Respublikamızın artan iqtisadi imkanları ölkədə gender siyasətinin daha da təkmilləşdirilməsinə, qadınların cəmiyyətdəki rolunun yüksəldilməsinə yaxşı imkanlar açır.


Həmid Həmidov,
AMEA-nın Arxeologiya və
Etnoqrafiya İnstitutunun doktorantı,
Yasamal bələdiyyəsi üzvlüyünə namizəd,
Yasamal Bələdiyyəsi İcra aparatının
Vergi və Ödənişlər şöbəsinin müdiri

Müstəqil Azərbaycanın sosial-siyasi  həyatında qadınların rolu
Müstəqil Azərbaycanın sosial-siyasi  həyatında qadınların rolu
Müstəqil Azərbaycanın sosial-siyasi  həyatında qadınların rolu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930