bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zakir Qaralova qədər və ondan sonra... - Kimlər gəlib, kimlər gedib...

30-04-2020, 17:00 313 dəfə baxılıb

Zakir Qaralova qədər və ondan sonra... - Kimlər gəlib, kimlər gedib...
Aprelin 25-də Baş prokuror kimi karyerasının 20 ilini tamamlayan Zakir Qaralov nəhayət yola salınır.

Yenisabah.az xatırladır ki, Prezident İlham Əliyev dünən Baş prokuror postuna yeni namizəd irəli sürüb. Bu Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyevdir.

Zakir Qaralov müstəqil Azərbaycanın 4-cü Baş prokurorudur. 1992-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra bu vəzifəyə İxtiyar Şirinov təyin olunub. Onun Baş prokuror kimi fəaliyyəti təxminən 8 ay çəkib. 14 oktyabr 1992-ci il tarixdə Baş prokuror təyin edilən İxtiyar Şirinov 30 iyun 1993-cü ildə vəzifəsilə vidalaşıb. İxtiyar Şirinov həm də yaddaşlarda Prezidentin həbsinə sanksiya verən Baş prokuror kimi yaddaşlara həkk olunub.

Özünün təkzib etməsinə baxmayaraq onun 1993-cü ildə Gəncədə o vaxtkı Prezident Əbülfəz Elçibəyin həbs edilməsi üçün sanksiya verdiyi bildirilir. Bəzi iddialara görə, İxtiyar Şirinov sanksiyanı təhdid altında imzalayıb. Amma bir daha qeyd edək ki, İxtiyar Şirinovun özü bu iddiaları qəti surətdə təkzib edir.

İxtiyar Şirinovdan sonra Baş prokuror postuna Əli Ömərov təyin edilib. Əli Ömərov isə cəmiyyətin yadında Rövşən və Mahir Cavadov qardaşları ilə konfliktin üzündən vəzifəsini itirib. Mahir Cavadovun ona kabinetində fiziki zor tətbiq etməsindən sonra Əli Ömərov görəvindən alınıb. Onun Baş prokuror kimi karyerası 1 ildən artıq sürüb. 3 iyul 1993-cü il tarixdə bu vəzifəyə təyin olunan Əli Ömərov 8 oktyabr 1994-cü tarixdə postunu tərk edib.

Əli Ömərovun xələfi isə hazırda Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri olan Eldar Həsənov olub. Onun Baş prokurorluq karyerası 5 il çəkib. 22 mart 1995-ci il tarixdə bu posta təyin edilən Eldar Həsənov 21 aprel 2000-ci ildə vəzifəsinə əlvida deyib. Onun işdən çıxarılmasına isə məşhur “aeroport müşavirəsi” səbəb olub. Həmin müşavirədə mərhum Prezident Heydər Əliyevin prokurorluq orqanlarındakı neqativ hallar, xüsusilə hava limanında prokurorluq əməkdaşlarının qanunsuz əməlləri barədə suallarına qanedici cavab verə bilməyən Eldar Həsənov tutduğu vəzifədən azad edilib. O, artıq yola salınan Zakir Qaralovla əvəzlənib.

Zakir Qaralov fəaliyyəti dövründə daim tənqid hədəfində olub. Bir çox hüquqşünaslar hesab edir ki, onun Baş prokuror kimi fəaliyyəti prokurorluq orqanlarının nüfuzunu aşağı salıb. Kamran Əliyevin bu nüfuzu bərpa edə biləcəkmi? Bunu zaman göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30