bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zakir Qaralovun qardaşına Gürcüstanda cinayət işi açıldı

3-06-2020, 16:42 643 dəfə baxılıb

Zakir Qaralovun qardaşına Gürcüstanda cinayət işi açıldı
Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralovun qardaşı Tahir Qaralova cinayət işi açılıb.

Bizimlider.com xəbər verir ki, bu barədə Gununsesi.org məlumat yayıb.

Qeyd olunur ki, sabiq baş prokurorun Gürcüstan vətəndaşı olan qardaşı Tahir Qaralov bu ölkədə başqa bir şəxsi ölümlə təhdid etdiyinə görə barəsində cinayət işi başlanıb. Cinayət işinin açılmasına səbəb isə Gürcüstan vətəndaşı Emil Ocaqquliyevin Zakir Qaralov barəsində Azərbaycanın yeni Baş Prokuroru Kamran Əliyevə şikayət ərizəsi göndərməsi olub.

Faktı təsdiqləyən Emil Ocaqquliyev birdirib ki, Kamran Əliyevə şikayətindən sonra Zakir Qaralovun qardaşı onu təhdid edib, ölümlə hədələyib:
"Mən də buna görə Gürcüstanın hüquq mühafizə orqanlarına şikayət etdim. Artıq Tahir Qaralov barəsində cinayət işi başlanıb və dünən onun ilkin ifadəsi alınıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930