bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də... - GİLEY

18-09-2020, 12:26 120 dəfə baxılıb

“Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də... - GİLEY
Bakıda dörd ay öncə iş yerində liftin şaxtasına yıxılan gənc hələ də sağlamlığını bərpa edə bilməyib.

“Qafqazinfo”ya müraciət edən şikayətçi Mahmud Rəhimov bildirib ki, aprel ayından “İceland” dondurmalarının istehsalı ilə məşğul olan “Camal LTD” dondurma şirkətində fəhlə kimi işə başlayıb: “Mayın 7-də iş zamanı liftin şaxtasına yıxıldım. Belə ki, lift birinci mərtəbədə idi, mən ikidə, liftin qapısını açıb dəmiri vurmaq istədim ki, lifti yuxarı göndərsinlər. Lift binaya sonradan divarın çölündən quraşdırılıb. Həmin gün yağış yağmışdı, yer su idi, lift də standartlara uyğun olmadığı üçün sürüşüb yıxıldım. Təxminən 3 metr hündürlükdən yıxılıb liftin üstünə düşdüm, qabırğalarım sındı. Məni “Semaşko”ya apardılar, orada KT-dən keçəndə həkimlə bu şirkətin işçiləri arasında pula görə mübahisə düşdü. Həkim 70 manat istəyirdi, bunlar 50 manat verirdi. Gördüm pula görə mübahisə edirlər, dedim, evdə müalicə olunaram. Beş gün evdə qalandan sonra vəziyyətim ağırlaşdı, artıq yeriyə, hərəkət edə bilmirdim. Bunun ardınca şirkət tərəfindən özəl klinikada müalicə olundum, amma tam sağalmadım. İndi də fiziki iş görə bilmirəm, ağrılar çəkirəm, gecələr yata bilmirəm, bəzən ayağa dura bilmirəm. Həkimlər deyir ki, ilk günlərdə əməliyyat olunsaydım, düzələrdi”.

M.Rəhimov iddia edib ki, “Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də, yıxılandan 11 gün sonra özünün xəbəri olmadan onu işdən çıxarıblar: “Artıq iki aydır ki, səhhətimdə ciddi problemlər yaranıb. Avqustun əvvəlində Binəqədi prokurorluğunda ifadə verdim, ekspertiza keçirildi, sonra heç bir iş görülmədi. Hələ də bir nəticə yoxdur. Şirkət də daha məni müalicə etdirmir. İndi yarımcan qalmışam”.

“Camal LTD” şirkətinin istehsala nəzarət üzrə rəhbəri Əfqan Hüseynov “Qafqazinfo”ya açıqlamasında təsdiqləyib ki, M.Rəhimov yıxılan gün “Semoşka”ya aparılıb: “Orada müayinə olunub, amma başqa nəsə olubsa, onu bilmirəm. Səhəri gün mən onu Tusi adına Klinikaya aparmışam, müayinə olunub, başında və daxili orqanlarında heç bir problem olmayıb. Daha sonra nervopatoloq yanına aparmışıq, daha sonra MRT etdirdik, 4 fəqərəsində sınığa bağlı xəsarət aşkar olundu. Travmatoloq və nevropatoloqun müalicələri davam etdirildi. Sonunda nervpatoloq dedi ki, müalicə üçün heç bir ehtiyac qalmayıb. Travmatoloq da dedi ki, hər şey normaldır, 10 gün sonra ağrılar olarsa, idman hərəkətləri etmək lazım ola bilər. Son dövrdə şikayətlərinə görə başqa bir xəstəxanada MRT etdiriblər. Həmin həkimin cavabı ilə razılaşmayıb, öz həkiminin yanına gedib. Orada da eyni cavabı alıb. Ona bildirilib ki, müalicəyə, tibbi müdaxiləyə heç bir ehtiyac yoxdur. Bütün müalicə prosesləri şirkətin hesabına həyata keçirilib”.

Ə.Hüseynov bildirib ki, M.Rəhimov rəsmən işdəm çıxarılsa da, 3 ay əməkhaqqı ödənilib: “Onu kadrlar şöbəsi işdən çıxarıb. Həmin şəxsin yıxılması ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Əgər qanunsuz olaraq işdən çıxarılıbsa, buna da qiymət verilər”.

“Camal LTD” şirkətində rəsmi əmək müqaviləsi ilə işləsə də... - GİLEY






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930