Bu gün şəhid kapitan Ruhin Xəlilovun doğum günüdür - FOTO
Bu gün 44 günlük Vətən müharibəsi şəhidi 37 yaşlı Xəlilov Ruhin Müzəffər oğlunun doğum günüdür.
Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndində anadan olan Xəlilov Ruhin Müzəffər oğlunun ailəsi 1993-cu ildə Bakıya məcburi köçkün kimi gəlib.
1994-cü ildə Səbail rayonu 203 saylı orta məktəbin birinci sinfinə gedib. 2005-ci ildə Asiya Universitetin Hüquqşünaslıq fakültəsinə daxil olub və 2009-cu ildə oranı bitirib.
2009-2010-cu illərdə Goranboy rayonunda N saylı hərbi hissədə xidmət edib. Hərbi vəzifəsi qumbaraatan olub. 2011-ci ildən Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası İdarəsinə işə qəbul olub.
2011-2016 cil illərdə Biləsuvar Rayonu Məhkəmə Qərarlarının İcrası İdarəsində məhkəmə icraçısı vəzifəsində çalışıb. 2018-2019-cu illərdə İmişli rayonu Məhkəmə Qərarlarının İcrası İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-2020-ci illərdə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində 1-ci dərəcəli məsləhətçi işləyib. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün aparılan İkinci Qarabağ müharibəsinə könüllü yollanıb.
Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz Ədliyyə Nazirliyinin Təşəbbüsü ilə fəxri xiyabanda dəfn olunub.
Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən Ruhin Xəlilova Fəxri Ədliyyə İşçisi adı verilib.
Şəhidin vətənə əmanət üç övladı var.