Qayğıkeş, fədakar həkim İsgəndər Qasımov
İsgəndər Qasımov FHN-in Tibb xidmətinin baş məsləhətçi həkimiİsgəndər Nağı oğlu Qasımov 25 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1977-ci ildə Çeşməbasar kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1978-1981-ci illərdə Sovet ordusu sıralarında hərbi qulluqda olmuşdur. 1981-ci ildə Qırmızı Əmək Bayraqlı Lelinqrad Tibb institutuna daxil olmuş, 1988-ci ildə Universiteti bitirmişdir. 1988-1989-cu illərdə Moskvada İridodioqnostika, Hemopatiya kurslarını keçmişdir.
1989-cu ildən Babək rayonu Tumbul kəndində ambulatoriyada baş həkim vəzifəsində çalışmışdır. 1991-ci ildən Naxçıvan Respublika Dioqnostika Mərkəzində dioqnostika şöbəsində şöbə müdiri vəzifəsində çalışmışdır. Sonradan Azərbaycan Silahlı Qüvvələri tərkibinə könüllü daxil olmuşdur. Hərbi xidmətini 2007-ci ildən Azərbaycan Respublikasının FHN-in hərbi həkim komissiyasının sədri kimi çalışmışdır. Ehtiyatda olan tibb xidməti leytenant-polkovnikdir. Hal-hazırda həmin qurumda baş məsləhətçi həkim vəzifəsində çalışır.
İsgəndər Qasımov 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə könüllü daxil olmuş və N saylı hərbi hissədə xidmət edərək həmin hərbi hissənin tərkibində erməni qəsbkarlarına qarşı döyüşlərdə iştirak etmiş müharibə veteranıdır. Hazırda Fövqaladə Hallar Nazirliyinin Tərkibində Tibb Xidmətində baş məsləhətci həkim vəzifəsində çalışır. Bu gün İsgəndər həkimi tanıyanlar onu xeyirxah həkim kimi tanıyırlar. Xəstələrinə xüsusi qayğısı, nəvazişi, işinə vicdanla yanaşması onu sevdirib.