bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyədə dünəndən başlayan meşə yanğını davam edir - FOTO

16-07-2021, 18:31 159 dəfə baxılıb

Türkiyədə dünəndən başlayan meşə yanğını davam edir - FOTO


Türkiyənin Mersin şəhərində dünəndən başlayan meşə yanğınını söndürmək mümkün olmayıb.

“TRT Haber” məlumat verir ki, yanğın səbəbiylə 50 ev boşaldılıb.

Aydıncık rayonunun Pembecik mahalında şam ağacı meşəsində dünəndən başlayan yanğını söndürmək üçün bölgəyə göndərilən qruplar səhər saatlarına qədər ərazidə alova müdaxilə edib.

Güclü külək nəticəsində yanğını ram etmək çətinləşib və dəstək üçün ətraf vilayətlərdən əlavə qruplar yönləndirilib.

Təbii fəlakət ərazisinə 21 helikopter, üç təyyarə, 164 su çiləyən və 850 canlı qüvvə cəlb edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30