Azərbaycanda daha bir müəllim COVID-19-dan vəfat etdi - FOTO
Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin (AzTU) 52 yaşlı müəllimi Rəna Əhədova koronavirusun qurbanı olub.
O, 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib.
Qeyd edək ki, son günlər koronavirusdan vəfat edən müəllimlərin sayında artım müşahidə edilir.