bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib

21-10-2021, 16:52 85 dəfə baxılıb

20 oktyabr Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş (MRY) şöbəsinin təşkil etdiyi “Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev öncə Zəngilanın işğaldan azad olunmasının bir ili münasibətilə tədbir iştirakçılarını təbrik edib. Baş direktor xatırladıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, 44 günlük Vətən müharibəsi zamanı dövlət-xalq-ordu birliyinin vəhdəti Zəfərə doğru irəli addımlamağa, torpaqlarımızı azad etməyə imkan yaradıb.

Məmməd Əliyev bildirib ki, MEK-in Azərbaycanşünaslıq və Milli Rəqəmsal Yaddaş şöbəsi Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, e-kataloqa işlənməsi, ölkəmizin siyasi, milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılaraq Azərbaycan və dünya tədqiqatçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər həyata keçirir. Qeyd olunub ki, MEK-də daim yenilənən vahid rəqəmsal baza böyük əhəmiyyətə malikdir.
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
Əsas missiyası azərbaycançılıq olan şöbənin baş mütəxəssisi Günel Əhədova slaydla təqdimat zamanı qeyd edib ki, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının, eləcə də ədəbiyyat siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların MRY-a aid edilməsi işinin icrası, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ND-lərdəki müxtəlif dillərdə elmi məqalələrin kitabxananın e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, AMEA İnstitutlarından göndərilən MRY ədəbiyyatların elektronlaşması istiqamətində işləri detallı şəkildə həyata keçirir.
Vurğulanıb ki, şöbə son bir ildə 8000-ə yaxın “Qarabağ Azərbaycandır!”, “44 günün salnaməsi”, “Azərbaycan Ordusu”, “Nizami Gəncəvi”, “Torpağı Vətən edənlər”, “Milli Qəhrəmanlar”, “Türkiyə-Azərbaycan birliyi”, “Azərbaycan Respublikasında Anım günü” və s. mövzularda məqalələri MEK-in e-kataloquna daxil edilib və 2000-dən çox sənəd MRY bazasına aid edilib. AMEA-nın elmi-tədqiqat institutlarından məktubla müraciət əsasında göndərilən 100-ə yaxın materialın müəllif hüquqları qorunaraq MRY bazasına daxil edilib, 1000-ə yaxın ənənəvi kartoçka İRBİS proqramından çap olunaraq kartotekaya yerləşdirilib.

Daha sonra Azərbaycan Respublikasının xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı çıxışında erməni faşistlərinin torpaqlarımızda törətdikləri vəhşiliklərdən, 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə alovlanan informasiya savaşında qələm əhlinin, kitabın, mədəniyyətin önəmini vurğulayıb. “Ermənilər Şuşanı dağıtsa da ruhunu dağıda bilməyiblər. O ruhun bir hissəsi də elə mədəniyyətdir, elmdir, kitabxanadır!”- deyə millət vəkili Sabir Rüstəmxanlı bildirib və professor Məmməd Əliyevin rəhbərliyi ilə kitabxananın gördüyü işləri təqdirəlayiq hesab edib. Həmçinin Sabir Rüstəmxanlı müəllifi olduğu “Qarabağa dönüş” kitabının elektron variantının MEK oxucularının istifadəsinə verilməsi üçün razılıq verib.
Millət vəkili Jalə Əhmədova da öz növbəsində, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın adlarının əbədiləşdirilməsi istiqamətində MEK-in gördüyü işləri yüksək qiymətləndirib.

Tədbirdə AMEA Tarix İnstitutunun şöbə müdiri, dövlət mükafatı laureatı, tarixçi alim, dosent Hacı Həsənov və həmin institututun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, yazıçı, “Qızıl qələm” mükafatı laureatı, “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyev çıxışlarında Qarabağda quruculuq işləri zamanı məhv olmuş mədəniyyət ocaqlarının bərpasında ziyalılarımızın üzərinə düşən missiyadan danışıblar.
Qeyd olunub ki, tariximizi, mədəniyyətimizi faktlarla, mənbələrlə işıqlandırmaq hər birimizin üzərinə düşən yükdür. Bu mənada MEK öz zəngin qiymətli nəşrləri ilə mühüm işlərə imza atmaqda davam edir.
Tədbirdə həmçinin “Qızıl qələm” mükafatı laureatı, “Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Mirkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, həmçinin rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu "Zəfər tarixinin qəhrəmanları" adlı dəyərli nəşr haqqında iştirakçılara geniş məlumat verilib, daha sonra müəllif digər kitablarını da MEK-ə hədiyyə edib.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin
[email protected]
(012) 539-73-67 (daxili 14-14)


“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib
“Qarabağın azadlığı uğrunda torpağı Vətən edənlər” adlı tədbir keçirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930