bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

TARİXİMİZİN ŞANLI ZƏFƏR SALNAMƏSİ

12-12-2019, 21:57 57 dəfə baxılıb

44 günlük müharibə və düşmən üzərində TARİXİ QƏLƏBƏ dövlətimizin rəhbərinin siyasətini, qətiyyətini nümayiş etdirməklə, həm də çətin gündə xalqımızın birliyini, əyilməzliyini ortaya qoydu, ordumuzun Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan, şanlı ordumuz , müzəffər xalqımız Zəfər gününü qalib kimi qeyd etdiyi bu günlərdə qürur hissi keçirməklə bərabər, həm də sülhün, əmin-amanlığın təmin olunması üçün dünyaya çağırışlar edir, millətləri, xalqları həmrəyliyə səsləyir. Nankor, xəbis erməni xəyanətkarlarının uzun illər xalqımıza, torpaqlarımıza təcavüz etməsinə, insanların başına min bir müsibətlər gətirməsinə, kütləvi qırğınlar, soyqırımları, təxribatlar törətmələrinə baxmayaraq, dövlətimiz heç zaman müharibənin tərəfdarı olmamışdır. Azərbaycan Prezidenti dəfələrlə xatırlatmışdır ki: “Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz tarixi ədaləti bərpa edirik. Azərbaycan əsgəri və zabiti torpaqlarımızın azad olunması uğrunda döyüşür”. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, çətinlik xalqımızın qələbəyə inamını sarsıtmadı. Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız praqmatik dövlət başçısı ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, ölkə Prezidenti cənab İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı. Məhz Qələbə onun apardığı dərin siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticəsində əldə edilmişdir. O, dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirdi. Qalibiyyət qazanandan sonra indi bütün dünya deyir ki, Azərbaycan ən müasir, ədalətli müharibə apardı və 44 gün ərzində möhtəşəm hərbi güc nümayiş etdirdi. Ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təchiz olundu. Nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi.Məhz, onun nəticəsində bu misilsiz tarixi qələbə əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı. Həmin gün tarix yazan, Qarabağı 44 gün içərisində işğaldan azad edən, dövlət rəhbərimiz cənab İlham Əliyev QARABAĞIN İŞĞALDAN azad edildiyini böyük sevinc içərisində vurğuladı. On milyondan çox Azərbaycan xalqı sevinc göz yaşlarını tuta bilmədi. Çünki həmin gün Şəhidlərimizin qisası alınmışdı. Bu Qələbəni xalqımıza yaşatdığı üçün göstərdiyi şücaətə, möhtəşəm iradə və mübarizəyə görə möhtərəm Prezident İlham Əliyevə və Müzəffər Ordumuza minnətdarıq! Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə torpaqlarımız azad olundu. Bəli, bu qələbə bizim haqqımız idi. Bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması sevincini yaşayır. Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya Azərbaycanlıları!


ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930