bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb - FOTO

21-11-2021, 21:13 150 dəfə baxılıb

Zaqatalada evində narkotik gizlədən keçmiş məhkum saxlanılıb - FOTO



Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkumluq həyatı yaşayan şəhər sakini Şahin Osmanov saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı ünvana baxış keçirilən zaman yardımçı tikilidə gizlətdiyi qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Götürülmüş maddi sübut müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30