bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycandan ixrac edilən məhsula görə Avropa Birliyi tərəfindən notifikasiya göndərilib

22-11-2021, 16:42 31 dəfə baxılıb

Azərbaycandan ixrac edilən məhsula görə Avropa Birliyi tərəfindən notifikasiya göndərilib



“Fındıqda aflatoksin göstəriciləri beynəlxalq ixrac tələblərinə uyğunlaşdırılır”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.

O bildirib ki, son dövrlər Avropa Birliyinə ixrac olunan fındıq məhsulunda aflatoksin aşkarlanma halları artıb:

“2021-ci ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanıb, iki partiyaya isə Avropa Birliyi tərəfindən notifikasiya göndərilib”.

Agentlik sədri fındıqda aflatoksinin yaranma səbəblərini də açıqlayıb:

“Aparılmış araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır”.

O əlavə edib ki, aflatoksinin miqdarı 8-15 arası olduqda çeşidləmə, 15-dən artıq olduqda bitki yağı istehsalı üçün rafinasiya edilməlidir.

Qoşqar Təhməzli fındıq istehsalında yaranan neqativ hallarla bağlı iş adamlarını diqqətli olmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930