Yaponiyada zəlzələ baş verib
Zəlzələnin episentri Şərqi Çin dənizi akvatoriyasında 40 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Okinava prefekturasının adalarında, o cümlədən onun inzibati mərkəzi - Naha şəhərində hiss olunub.
Yeraltı təkanlar sunami təhlükəsi yaratmayıb.
Həmçinin, tələfat və dağıntılar barədə də məlumat verilməyib.
Mənbə: TASS