Yas mərasimlərinə nə vaxt icazə verilə bilər? - Prezidentin köməkçisi DANIŞDI
Onun sözlərinə görə, qərarlar elmi əsaslar və müvafiq praktikalarla bağlıdır:
“Toylarda COVID-19 pasportlarının yoxlanılması, saya nəzarət edilməsi daha asandır. Təəssüf ki, yas mərasimlərində bu, mümkün deyil. Çünki yas yerində fiziki olaraq yaxın məsafə daha çoxdur. Yoluxmanın sürətlə yayılması ehtimalı kifayət qədər yüksəkdir. Buna görə məhdudiyyətlər saxlanılır”.
O qeyd edib ki, “Omikron” ştammı Azərbaycana gəlib-gedəndən sonra bu məsələyə bir daha baxmaq olar.