bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda qadın qohumunun qəbrini təhqir etdi: Həbs edildi

5-01-2022, 16:31 134 dəfə baxılıb

Bakıda qadın qohumunun qəbrini təhqir etdi: Həbs edildi
Bakıda qadın qaynının qəbri üzərində təhqiramiz sözlər yazıb.

Oxu.Az istintaq materiallarına istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatının yaxınlığındakı qəbiristanlıqda olub.

Belə ki, Kəmalənin (ad şərtidir) qaynı öləndən sonra onun ailəsi ilə torpaq bölgüsü üzərində mübahisəsi yaranıb.

Mübahisə dərinləşdiyindən qaynının arvadı və baldızı Kəmalə ilə söhbət etməkdən boyun qaçırıblar.

Kəmalə torpaq bölgüsünün hüquqi yolla həll edilməsi üçün məhkəməyə müraciət etsə də, bu, nəticəsiz qalıb və tərəflər arasında mübahisə böyüyüb.

Kəmalə 2007-ci ildə vəfat etmiş qaynının qəbri üzərində təhqiramiz sözlər yazmaqla acığını çıxıb.

O qaynının məzar daşının ön və arxa hissəsinə qırmızı rəngli markerlə iri və kənardan aydın görünən hərflərlə, tərkibində əxlaqsız ifadələr olan mətnlər yazıb.

Həmin sözlər isə qaynı arvadı və baldızı haqqında olub.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdıqlarını bildiriblər.

Məhkəmənin hökmü ilə Kəmalə Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə (Qəbir üzərində təhqiredici hərəkət) təqsirli bilinib.

Kəmalə, 9 ay müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031