Gəncədə yeniyetmə naməlum şəraitdə xəsarət alıb
Gəncə şəhərində yeniyetmə naməlum şəraitdə xəsarət alıb.
APA xəbər verir ki, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
2006-cı il təvəllüdlü M.Həsənov qarının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. 16 yaşlı oğlan əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Yeniyetmənin sözlərinə görə, o qaçan zaman yıxılıb, qarnına şüşə batıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.