Kamran Əsədov: “Bəzi müəllimlər mövcud vəziyyətdən ciddi şəkildə sui-istifadə edirlər”
Valideynlər və şagirdlər yayılan xəstəlikdən sui-istifadə edərək evdə qalmaq istəyirlər. Bəzən müəllimlərin də bu hallara şərait yaratdığını görürük.
Oxu.Az xəbər verir ki, bunu təhsil ekspeti Kamran Əsədov AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
O bildirib ki, biz bilirik ki, bu xəstəlik bir həftəlikdir, yüngül keçirilir:
“Onsuzda mövsüm ilə əlaqəli infeksion xəstəliklər də mövcuddur. Təəssüf ki, müəllimlərin bu vəziyyətə şərait yaratmasına səbəb son günlər məktəblərdə baş verən xoşagəlməz hadisələrdir. Düşünürlər ki, məktəb olmasa, əyani təhsil olmasa belə risklər də aradan qalxmış olar.
Eyni zamanda məlum məsələdir ki, distant təhsilə keçirildikdə müəllimlərin əmək haqqının ödənilməsi qaydalaına heç bir dəyişiklik olunmur. Hətta praktikada bəzi bölgələrdə müəllimlər distant təhsilə keçirildikdən sonra tədris verməslər də onların əmək haqqlarında heç bir tutulma baş verməmişdi. Bu da bəzi müəllimlərdə ciddi şəkildə sui-istifadə hallarına yol açıb, təəssüf ki”.