bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub - FOTO

9-02-2022, 18:24 36 dəfə baxılıb

Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri KOBİA-da olub - FOTO
Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Agentlikdən verilən məlumata görə, görüşdə nazir Niku Popesku ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, sahibkarlıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını vurğulayıb. Qeyd edib ki, bu məqsədlə Moldova tərəfi iş adamlarının iştirakı ilə qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində maraqlıdır. Eyni zamanda KOBİA ilə Moldovanın müvafiq qurumu arasında əlaqələrin genişləndirilməsi də ölkələrimizin biznes ictimaiyyəti arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə bilər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın investisiya potensialı, əlverişli biznes mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi, o cümlədən KOBİA tərəfindən təqdim olunan xidmətlər barədə məlumat verib, sahibkarlıq sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə ölkələrimizin iş adamları arasında əməkdaşlıq perspektivlərinə, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində sahibkarların iştirakı ilə tədbirin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb. Nazir Niku Popesku KOBİA heyətini və Azərbaycan iş adamlarını Moldovaya səfərə dəvət edib.

Həmçinin, görüş çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30