Elnur Əliyev: “COVID-19-dan sonra Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük”
“Hər birimiz koronavirus (COVID-19) pandemiyasından sonra Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) və Dünya Bankının (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalaması mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.
“Ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5,6 faiz, o cümlədən qeyri-neft ÜDM-i 7,2 faiz, qeyri-neft sənayesi ÜDM-i 17,8 faiz artıb. Əhalinin gəlirlərində isə 2,6 faiz artım olub”, - o deyib.