bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda dövlət qoruğunun ərazisində yanğın olub

21-02-2022, 08:28 97 dəfə baxılıb

Azərbaycanda dövlət qoruğunun ərazisində yanğın olub
Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən üç kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.

Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.

Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın iki saatdan sonra lokallaşdırılıb.

Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.

İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən üç hektar ərazidə quru ağaclar yanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031