bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

24-02-2022, 08:30 53 dəfə baxılıb

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
Kürdəmirdə ağır xəsarətlərlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Zərdab rayon sakini Hüseynov Zamiq Sarvan oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi bir neçə dəfə çevrilərək yol kənarına aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər olmaqla 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30