Klimatoloqlar fəlakətli tufanlar və daşqınlar proqnozlaşdırırlar
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Şura bu qənaətə gəlib ki, qlobal istiləşmə səbəbindən Avstraliyada iqlim yaxın gələcəkdə daha da pisləşəcək.
Mütəxəssislərin rəyinə görə, qitə karbon qazı emissiyaları ilə kəskinləşən ekstremal hadisələrlə - istilik dalğaları, quraqlıqlar, daşqınlar, qasırğalar və yanğınlarla üzləşir ki, bu da öz növbəsində ölüm, maliyyə itkiləri və emosional stressə səbəb olur.
Alimlərin fikrincə, təbii fəlakətlərin təsiri son vaxtlar təbiətdə, cəmiyyətdə və iqtisadiyyatda daha da güclənib.
Klimatoloqlar qeyd ediblər ki, iqlimdə bir çox dəyişikliklərin artıq mütəmadi şəkildə baş verməsinə baxmayaraq, təcili tədbirlər görülsə, iqtisadiyyatın ekoloji dəyişikliklərə uyğunlaşması daha asan olar.
Mənbə: gazeta.ru