Ağcabədidə qardaşını bıçaqlayıb öldürdü
Ağcabədidə qardaşı tərəfindən bıçaqlanan kişi xəstəxanada ölüb.
“Qafqazinfo”nun məlumatına görə, rayon sakini İlqar Hüseynov yaşadıqları evin həyətində qardaşı, 1977-ci il təvəllüdlü Elçin Hüseynovu bıçaqlayıb.
E.Hüseynov səhər saatlarında xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub. O, vəziyyəti ağır-stabil şəkildə reanimasiyaya köçürülüb. Bir neçə saat öncə E.Hüseynov xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb. İlqar Hüseynov saxlanılıb.