Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”
“Şərqi Zəngəzurdan İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək və bununla da, muxtar respublikaya yolumuz qısalacaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.
“Bu gün nəqliyyat sektorunda çox vacib Anlaşma Memorandumu imzaladıq. Söhbət yeni kommunikasiyaların yaradılmasından gedir”, - deyə o, qeyd edib.
Ş Mustafayev əlavə edib ki, iki ölkə arasında yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı 3 ay ərzində İşçi Qrup yaradılacaq. Bu İşçi Qrup dəmir yolu xətti ilə bağlı təkliflərini təqdim edəcək”