bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: “Rusiyanın 15 mindən çox əsgəri məhv edilib

22-03-2022, 17:51 37 dəfə baxılıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: “Rusiyanın 15 mindən çox əsgəri məhv edilib
Ukraynada müharibə başlayandan bəri Rusiyanın bu ölkədə 15 300-dən çox hərbçisi öldürülüb. Bundan əlavə, 26 günlük müharibə ərzində Ukrayna hərbçiləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin 509 tankını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Eyni zamanda martın 22-nə olan məlumata görə, Rusiya ordusu 1 556 zirehli döyüş maşınını, 252 artilleriya sistemini, 80 reaktiv yaylım atəş sistemini, 45 hava hücumundan müdafiə sistemini, 99 təyyarə, 123 helikopter, 1000 avtomobil texnikasını, 3 gəmi/katerini, 70 yanacaq-sürtkü materialları çənini, 35 kəşfiyyat PUA-sını, 15 xüsusi avadanlığını itirib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - deyə Ukrayna Silahlı Qüvvələrinin bəyanatında deyilir.

Mənbə: RBC-Ukraina






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30