bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Slovakiya Zelenskini dövlət mükafatı ilə təltif edib - FOTO

28-03-2022, 19:27 36 dəfə baxılıb

Slovakiya Zelenskini dövlət mükafatı ilə təltif edib - FOTO
Slovakiya Ukrayna Prezidenti Volodimir Zelenskini “Aleksandr Dubçek” Dövlət Mükafatı ilə təltif edib.

Bu barədə Slovakiyanın Baş naziri Eduard Heger özünün “Twitter” hesabından yazıb.

“Slovakiya Volodimir Zelenskini Slovakiyanın azadlıq və ümid rəmzi olan Aleksandr Dubçek Dövlət Mükafatı ilə təltif edib”, - deyə o, yazıb.

Hegerin sözlərinə görə, Putin Sovet İttifaqının 1968-ci ildə Çexoslovakiyada etdiklərini Ukraynada təkrarlamaq qərarına gəlib.

“O, bəşəriyyətin demokratiya arzusunu boğmaq üçün hərbi gücdən istifadə edir – bu, qəbuledilməzdir!”, - Slovakiya hökumətinin başçısı bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30