Abşeronda 16 min abunəçinin qazı kəsilib
Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır:
“Odur ki, “mavi yanacaq” təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir”.