Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindəki bölmələrini Ukraynaya köçürüb
Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən Ukraynaya 2000-ə yaxın hərbi qulluqçu köçürüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
“Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin tərkibinə daxil olan 4-cü (Tsxinvali vilayəti, Cənubi Osetiya) və 7-ci (Abxaziya) hərbi bazalarının bölmələri Gürcüstanın işğal olunmuş ərazilərindən Ukrayna ərazisinə köçürülüblər”.
Bildirilir ki, 4-cü hərbi bazadan üç batalyon taktiki qrup (ümumi sayı 1200-ə qədər), 7-ci hərbi bazanın bölmələrindən isə iki batalyon taktiki qrup (təxminən 800 nəfərdən ibarət) yaradılıb.
Mənbə: UNİAN