bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çin koronavirusa yoluxma hallarına görə gündəlik antirekordu yeniləyib

11-04-2022, 20:52 34 dəfə baxılıb

Çin koronavirusa yoluxma hallarına görə gündəlik antirekordu yeniləyib
Çində gündəlik koronavirusa yoluxma hallarına görə daha bir antirekord qeydə alınıb.

Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin 11 aprel 2022-ci il bazar ertəsi verdiyi məlumata görə, gündə 27 595 yeni yoluxma halı aşkarlanıb ki, bu da bütün pandemiya dövrü ərzində ən yüksək rəqəm hesab olunur.

Lakin buna baxmayaraq yoluxanların böyük əksəriyyəti xəstəliyi simptomsuz keçirir. Qeydə alınan belə halların sayı isə 26 411 nəfər təşkil edir.

Bunun fonunda Çin tibb müəssisələrində müalicə alanların sayı getdikcə azalır. 11 aprel 2022-ci il tarixinə Çinin koronavirus xəstəxanalarında 22,3 Çin sakini müalicə alır ki, bu da bir həftə əvvəlkindən 13% azdır.

Eyni zamanda koronavirusdan ambulator müalicə alan xəstələrin sayı isə eyni dövrdə 2,2 dəfə artaraq 242,2 min nəfərə çatıb.

Mənbə: kp.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30