Türkiyə rusiyalı turistlər üçün aviaşirkət yaradıb
Türkiyə xüsusi olaraq rusiyalı turistlər üçün aviaşirkət yaradıb.
Bu barədə “AirportHaber” məlumat yayıb.
“Southwind” adlanan hava daşıyıcısı mayın sonundan uçuşlara başlayacaq.
İlkin mərhələdə aviadaşıyıcının donanmasında üç enli və iki dar gövdəli beş “Airbus” təyyarəsinin olacağı gözlənilir.
Aviaşirkətin baş ofisi Antalyada yerləşəcək və Rusiya şəhərləri ilə Türkiyənin kurortları arasında çarter reysləri həyata keçirəcək.