Ukraynalılar ABŞ-da vizasız qala biləcəklər
ABŞ hökuməti viza və sənədləri olmayan ukraynalılara ölkədə müvəqqəti qalıb işləmək imkanı verən proqramda iştirak etmək hüququnu uzadıb.
Proqram üçün son müraciət tarixi altı həftə uzadılıb (əvvəlcə martın 1-i idi). Ehtimal olunur ki, bu, müraciət edə biləcək ukraynalıların sayını iki dəfə artıracaq.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin bəyanatında deyilir ki, müvəqqəti qorunan statusu (TPS) üçün aprelin 11-dən və ya daha əvvəl ölkədə olan ukraynalılar müraciət edə bilərlər.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin hesablamalarına görə, təxminən 60 000 ukraynalı çərşənbə axşamından etibarən müraciət edə biləcək.
Qeyd edək ki, Ukrayna aprel ayında yenilənmiş Ümumdünya Pasport İndeksində bir pillə yüksəlib və 34-cü yeri tutur - Ukrayna pasportuna sahib olanlar dünyanın 143 ölkəsinə vizasız gedə bilərlər - bu ölkə üçün rekord göstəricidir.
Mənbə: The New York Times