bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Uşaqlar arasında yayılan və mənşəyi məlum olmayan virusla bağlı ÇAĞIRIŞ

25-04-2022, 16:30 51 dəfə baxılıb

Uşaqlar arasında yayılan və mənşəyi məlum olmayan virusla bağlı ÇAĞIRIŞ
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb. Azərbaycan Respublikasının səhiyyə qurumları tərəfindən respublika ərazisində epidemioloji vəziyyət dərhal araşdırılıb.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin bununla bağlı birgə məlumat yayıb.

Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.

“Vətəndaşların nəzərinə çatdırırıq ki, respublika ərazisində vəziyyət diqqətlə izlənilir və nəzarət altındadır. Əhaliyə təşvişə düşməmək, lakin profilaktik tədbirlərə, xüsusən adi gigiyena qaydalarına riayət etmək, o cümlədən əllərin tez-tez yuyulması, xəstə insanlarla (asqırma, öskürmə və s. əlamətləri) təmasdan çəkinmək, habelə, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.

Valideynləri və uşaqlara qayğı göstərən digər şəxsləri hepatitin simptomlarından xəbərdar olmağa və hər hansı narahatlıqla bağlı tibb işçiləri ilə əlaqə saxlamağa çağırırıq”, - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930