Çexiya Ukraynaya Mi-24 helikopterlərindən ibarət eskadrilya göndərib
Çexiya Ukraynaya Mi-24 helikopterlərindən ibarət eskadrilya göndərib və Slovakiya ilə birlikdə Ukrayna hərbçilərinə təmir üçün hərbi texnikanı öz sərhədindən keçirməyə icazə verib. Bu barədə "The Wall Street Journal” məlumat yayıb.
Sovet istehsalı olan helikopterlər Ukraynaya hava məkanının qorunmasına kömək məqsədilə göndərilib. Lakin helikopterlərin sayı açıqlanmır.
Çexiya hakimiyyəti qeyd edib ki, müttəfiqlərin, xüsusən də ABŞ-ın artıq təhvil verilmiş döyüş helikopterlərinin dəyişdirilməsinə kömək etmələri şərtilə Ukraynaya daha çox helikopter göndərə bilərlər. ABŞ-ın müdafiə naziri Lloyd Ostin artıq çexlərə Ukraynaya göstərdikləri köməyə görə təşəkkür edib.