bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bitməyən ağac “qətlləri”: “Məmurlar yerində deyil” - TƏHLİL

11-06-2022, 21:41 86 dəfə baxılıb

Bitməyən ağac “qətlləri”: “Məmurlar yerində deyil” - TƏHLİL



“Belə hallar olanda, cavabdeh məmur cəzasız qalmamalıdır. Ağacların kəsilməsində günahkar olanlar cəzalanmalıdır ki, bu niyyətdə olan digərlərinə görk olsun. Hesab edirəm ki, Milli Məclisin növbədənkənar iclasında bu məsələ müzakirə olunmalıdır”.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Bir neçə gün öncə qanunsuz parklanmaya görə ağacların kəsilməsinə Prezident İlham Əliyev tərəfindən sərt reaksiya verildi və bu əməli törədənlərin cəzalandırılması ilə bağlı tapşırıqlar verildi. Lakin problem təkcə bu gün, yaxud da sabah atılacaq addımla həll edilmir. İllərdir yaşıllıqların məhv edilməsi ilə bağlı mətbuat yazır. Amma yenə də ağacların qanunsuz kəsilməsinin şahidi oluruq. Yenə də məsələyə dövlət başçısı qarışandan sonra məmurlar hərəkətə keçir. Məmurlar vəzifələrinə nə qədər məsuliyyətsiz yanaşsalar da, Prezident İlham Əliyev yeni parkların salınmasını, ağacların əkilməsini qarşıya məqsəd kimi qoyur. Elə bu günlərdə dövlət başçısının “Çəmbərəkənd” parkının açılışını etməsi də dediklərimizə bir nümunədir. Amma təəssüf ki, dövlət başçısından nümunə götürməyən insanlar öz məqsədləri naminə “qatil” olurlar. Bəli, ağaclar da canlıdır. Onları səbəbsiz yerə, qazanc naminə kəsmək isə qatillikdir. Mətbuat yazır, yazır, amma nə “ağac qatilləri”nin sayı azalır, nə də vəzifəli şəxslər məsuliyyət hiss edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930