Quba rayon Güləzi və Dürahi kənd sakinləri şikayət edirlər!
Ziyalı jurnalı redaksiyasına daxil olan şikayətə görə Quba rayon Güləzi və Dürahi kənd sakinləri artıq xeyli müddətdir ki kənddə elektrik enerjisinin çox zəif olmasından gileylənirlər. Enerjinin zəif olması evlərdə elektrik avadanlıqlarının sıradan çıxmasına dəfələrlə səbəb olub. Yerli əhali kənd üçün nəzərdə tutulan transformator sisteminin istismar vaxtının keçmiş olduğunu və ya özəl obyektlərin də ´kənd işığına " qoşulduğundan problemlərlə üzləşdiklərini vurğulayırlar. Sakinlərin Quba rayon Azərişıq idarəsinə məsələ ilə bağl daimi müraciətləri cavabsız qalmışdır. Kənd sakinləri
yaşadıqları problemlə bağlı redaksiyamıza müraciət edərək bu məsələnin həllində onlara kömək etməmizi xahiş etmişlər.
Araşdırma aparılır