bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Kürdəmirdə minik avtomobili “Azpetrol”-un maşınına çırpılıb, ölənlər var - FOTO

19-06-2022, 20:59 36 dəfə baxılıb

Kürdəmirdə minik avtomobili “Azpetrol”-un maşınına çırpılıb, ölənlər var - FOTO
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.

"Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota” markalı avtomobil Gəncə istiqamətin də hərəkətdə olarkən "Azpetrol” şirkətinə məxsus yanacaq daşıyan "KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə "Toyota”da olan 2 nəfər, sürücü ilə sərnişin - Xatəm Baydaşov və Fərid Nəsibov hadisə yerində dünyalarını dəyişiblər.

Onların meyitləri müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031