bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan boksçuları beynəlxalq turnirdə yeddi MEDAL QAZANDI

27-06-2022, 16:12 49 dəfə baxılıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə yeddi MEDAL QAZANDI



Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komanda 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub.

Ağası Məmmədovun rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət yığmanın 2 boksçusu çempion tutuluna yiyələnib.

54 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədəli Aşırəliyev finalda Florin Kaldararu (Rumıniya) ilə döyüşüb və 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Məhəmmədəli Qasımzadə (57 kiloqram) də finalda komanda yoldaşının uğurunu təkrarlayıb. Avropa birinciliyinin mükafatçısı həlledici görüşdə bolqarıstanlı Viktorio İliyevlə gücünü yoxlayıb. Döyüşü 5:0 hesabı ilə aktivinə yazan boksçu turniri birinci yerdə başa vurub.

Tacı Nəsibov (50 kiloqram) isə yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət millinin heyətində isə Emili Rzayeva (70 kiloqram) bütün rəqiblərindən güclü olub. O, finalda Maria Tanaseskuya (Rumıniya) qalib gələrək Azərbaycan himnini səsləndirib.

Aysu İsmayılova (46 kiloqram), Nərmin Əlizadə (50 kiloqram) və Aynur Mikayılova (52 kiloqram) turniri gümüş medallarla başa vurublar.

Beləliklə, yarışa 8 boksçu ilə yollanan Azərbaycan millisi 7 medala sahib çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930