İnam Kərimov: “Keçirilən biznes forum imkanların üzə çıxarılmasında çox faydalı olacaq”
“Ali səviyyədə keçirilən görüşlərdə Türk Dövlətləri Təşkilatına üzv olan və burada müşahidəçi statusunda iştirak edən dövlətlər Azərbaycanın azad olunmuş ərazilərində aparılan quruculuq işlərində aktiv iştirak etmək istədiklərini açıqlayıblar”.
Oxu.Az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün keçirilən biznes forum bu istəkləri reallaşdırmağa, konkret əməkdaşlıq formalarını müəyyən etməyə imkan yaradır:
“Əminəm ki, bu imkanların üzə çıxarılmasında keçirilən tədbir çox faydalı olacaq. Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələri forumun işində fəal olmağa, birgə əməkdaşlıq modellərini araşdırmağa, real investisiya imkanlarını dəyərləndirməyə çağırıram”.