Bakıda istixanadan 250 000 manatlıq oğurluq
Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə Türkan qəsəbəsi ərazisində yerləşən, istismarda olmayan istixanadan 250 000 manat dəyərində 2 000 metr uzunluğunda qaz borusunun kəsilərək oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən doqquz nəfər müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.