bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Zara” Rusiyadakı mağazalarını satır

20-10-2022, 15:00 35 dəfə baxılıb

“Zara” Rusiyadakı mağazalarını satır
İspaniyanın “Inditex” qrupu (“Zara”, “Massimo Dutti”, “Pull & Bear”, “Oysho”, “Bershka”, “Stradivarius” brendlərinin sahibi) Rusiyadakı hazır geyim mağazalarını Livanın “Azadea” qrupuna satmaq imkanını müzakirə edir.

Məlumata görə, “Azadea”nın artıq Əlcəzair, Bəhreyn, Oman və Qətər kimi ölkələrdə “Inditex” franşizası var. Livan qrupu Rusiyada İspan mağazalar şəbəkəsinin alınması məsələsini öyrənmək üçün komanda yığmağa başlayıb.

Bildirilib ki, “Inditex” 31 yanvar 2023-cü ilə qədər Rusiyada mövcudluğu ilə bağlı qərar verməlidir.

İspan şirkətinin mətbuat xidməti Rusiyadakı biznesi ilə bağlı maraqlı tərəflərlə danışıqlar faktını təsdiqləyib.

Qeyd edək ki, “Inditex” ispaniyalı Amansio Orteqa tərəfindən yaradılıb və 100-ə yaxın ölkədə 7 mindən çox mağazası var. Şirkət hələ mart ayında Rusiya ərazisində fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930