bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bacısını və dayısı oğlunu yataqda tutdu, ikisini də bıçaqladı

21-10-2022, 12:00 45 dəfə baxılıb

Bacısını və dayısı oğlunu yataqda tutdu, ikisini də bıçaqladı




Qəbələdə bacısını və dayısı oğlunu bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb.

“Unikal” xəbər verir ki, hadisə Qəbələ rayonunun Zarağan kəndində baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan Sədi Məmmədov (soyadlar şərtidir) bacısı Gülnarə Məmmədova ilə dayısı oğlu Murad Əliyevi yataqda yaxın münasibətdə olarkən tutub. O, dayısı oğluna yeddi, bacısına isə səkkiz bıçaq zərbəsi endirib.

Cinayəti törədən S.Məmmədov dayısına məxsus “Hyundai” markalı avtomobillə hadisə yerində qaçmağa çalışıb, amma Savalan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarına yuvarlanıb. Avtomobil yararsız hala düşdüyündən o, piyada Ağdaş rayonuna gedib.

Zərərçəkmiş şəxslər isə xəstəxanaya çatdırılıblar və onların həyatlarını xilas etmək mümkün olub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədi Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs hökmdən apellyasiya şikayəti versə də, onun şikayəti təmin edilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031