bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistan Soçi görüşündən də əliboş qayıtdı

2-11-2022, 15:59 24 dəfə baxılıb

Ermənistan Soçi görüşündən də əliboş qayıtdı


Oktyabrın 31-də dünyanın diqqəti Soçidə prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşə yönəlmişdi. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə müharibədən sonra ölkələr arasındakı münasibətlər, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qarşıya qoyduğu vəzifələrin icrasını, həmçinin sonradan nail olunmuş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək idi. Üçtərəfli görüşdən əvvəl prezidentlər Vladimir Putin və İlham Əliyevin keçirdikləri təkbətək görüşdə dövlətimizin başçısı mövqeyini açıq şəkildə bildirdi. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanmasında oynadığı rola görə Rusiya Prezidentinə təşəkkürümü bildirdi. "Qarabağ münaqişəsi artıq tarixdir”, - deyən Prezident İlham Əliyev münaqişənin iki il əvvəl həll edildiyini və bu kontekstdə praktiki olaraq müzakirə ediləcək məsələnin qalmadığını diqqətə çatdırmaqla bir daha dövlətimizin mövqeyini bəyan etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Komitə sədri prezidentlərin görüşü zamanı dövlətimizin başçısının Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddəlik təklif təqdim etdiyini xatırlatdığını diqqətə çatdırıb: "Postmüharibə dövründə iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və sülh müqaviləsinin imzalanmasında bu prinsiplərin əhəmiyyətini yüksək dəyərləndirən hüquq müdafiəçisi bunların beynəlxalq hüququn əsas prinsipləri olduğunu bildirib. Ermənistan tərəfi dərk etməlidir ki, bu prinsiplərə riayət etməklə normallaşmaya nail olmaq mümkündür. Azərbaycan tərəfi Soçi görüşünə qədər qəbul edilən bəyanatların qarşıya qoyduğu məsələlərin yerinə yetirilməsində həmişə fəallıq göstərib. Bunu Rusiya Prezidenti Vladimir Putin də diqqətə çatdırıb. Bəs, Ermənistan tərəfi münasibətlərin tənzimlənməsi istiqamətində hansı addımları atıb?”.

Ç.Qənizadə deyib ki, Ermənistanın əsas məqsədi işğalçılıq siyasətini davam etdirmək, Brüsseldə və Praqada keçirilən görüşlərdə imzalanan bəyanatların qarşıya qoyduğu vəzifələrə riayət etməmək, bütün vasitələrlə sülh müqaviləsinə mane olmaqdır. Nikol Paşinyan Soçi görüşünə də "hazırlıqlı” getmişdi. Görüş ərəfəsi KTMT-dən çıxmaq haqqında İrəvanda müzakirələr aparılmış, müxtəlif yerlərdə yaşayan erməniləri avtobuslarla Xankəndiyə daşıyaraq "izdihamlı mitinq” görüntüsü yaratmış və muzdlu mitinq iştirakçılarının müstəqilliyimiz əleyhinə şüarlar səslndirməsinə nail olmuşdur. Əslində, bu yollarla Rusiyaya təsir edib öz tələblərini keçirmək istəyən Ermənistan tərəfi istəyinə nail ola bilmədi. Erməni hiyləsi bu dəfə də fiaskoya uğradı. İşğalçı ölkə rəhbərliyi, nəhayət, dərk etməlidir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb.

Hüquq müdafiəçisi bildirib ki, görüşün sonunda qəbul edilən bəyanat əvvəlki bəyanatlara istinad olundu. Sənəddə, əsasən, ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilir və Qarabağla bağlı məsələlər Azərbaycanın daxili işləri olduğu bir daha öz əksini tapır. Göründüyü kimi, Ermənistan Soçi görüşündən də əliboş qayıtdı. İrəvanda səsləndiyi kimi, artıq dünyanın əksər ölkələri Qarabağın Azərbaycanın ərazisi olduğu reallığını qəbul edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930