bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyada QƏRAR VERİLDİ: Azərbaycanla sərhəddə...

9-11-2022, 09:00 68 dəfə baxılıb

Rusiyada QƏRAR VERİLDİ: Azərbaycanla sərhəddə...


Azərbaycanla sərhəddə yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsində Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu ilə əlaqədar olaraq hərəkət sxemi dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycandan Rusiyaya gedən yük avtomobillərinin sayının artması ilə əlaqədar noyabrın 17-nə kimi Yaraq-Kazmalyar avtomobil buraxılış məntəqəsində müvəqqəti olaraq hərəkət qrafiki dəyişdirilib”, - məlumatda deyilir.

Yük daşımaları üçün bütün altı zolaq avtomobillərin Rusiyaya daxil olması üçün istifadə olunur.

"Yük avtomobillərinin Rusiya ərazisindən Azərbaycana çıxışı üçün qonşu Tagirkent-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunur. Tağırkənt-Kazmalyarda yük avtomobillərinin qeydiyyatı giriş üçün iki, çıxış üçün iki hərəkət zolağında aparılır", - Nazirliyin mətbuat xidməti əlavə edib.

Yaraq-Kazmalyar Şimal-Cənub nəqliyyat dəhlizinin sərhədindən əsas avtomobil keçidlərindən biridir. Sərhəd keçid məntəqəsi Azərbaycan, İran, Hindistana tranzit, malların ixracı və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir. ("Report")






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30