Türkiyədəki partlayışa görə məsuliyyəti ASALA ÜZƏRİNƏ GÖTÜRDÜ
Istanbulda törədilən partlayışa görə məsuliyyəti ASALA terror təşkilatı üzərinə götürüb.
Publika.az xəbər verir ki, bu barədə ermənilərə məxsus "Telegram" kanalı qeyri-rəsmi mənbələrə istinadla məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində bazar günü saat 16:20 radələrində partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53-ü yaralanıb.