bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qurban Qurbanov: “Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”

14-11-2022, 17:19 36 dəfə baxılıb

Qurban Qurbanov: “Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”



"Məşqçi olmasaydım, mən də minifutbolda iştirak edərdim”.

"Report” xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov minifutbol üzrə Azərbaycan çempionatının püşkatma mərasimində deyib.

50 yaşlı mütəxəssis tədbirdə iştirak etməyin onun üçün xoş olduğunu bildirib:

"Komandamız Avropa çempionu olanda izləmişdik və çox sevinmişdik. Orxan Məmmədova belə layihə yaratdığı üçün təşəkkür edirəm. Qeyri-peşəkar desək də, çox sevilən bir növdür. Bu qədər sevgi olanda nəticə də olur. Ölkə başçısı tərəfindən qəbul olunmaq, uğurların izlənilməsi göstərir ki, bu idman növünə böyük sevgi var. Çalışacağam ki, çempionatın oyunlarında iştirak edim. Burada keçmiş oyunçularımı - Vaqif Cavadovu və Ruslan Abışovu gördüm. Onlarla görüşməyə şad oldum”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031