bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İlham Əliyev: “Şadam ki, minifutbol komandamızın tərkibi yerli idmançılardan ibarətdir”

14-06-2022, 21:03 48 dəfə baxılıb

İlham Əliyev: “Şadam ki, minifutbol komandamızın tərkibi yerli idmançılardan ibarətdir”
“Şadam ki, komandamızın tərkibi yerli idmançılardan ibarətdir - həm oyunçular, həm məşqçilər, mütəxəssislər. Bu, məni xüsusilə sevindirir”.


Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olmuş Minifutbol üzrə milli komandamızın heyətini qəbul edərkən bildirib.

Ölkə başçısı qeyd edib:

“Onu da bilirəm ki, minifutbol üzrə bizim komandamız cəmi ikinci dəfə Avropa çempionatında iştirak edir və artıq çempion tituluna layiq görülüb. Mübarizə gərgin olub, istənilən idman növündə Avropa çempionatları çox gərgin keçir. Əlbəttə ki, Avropanın ən güclü komandaları orada təmsil olunur. Çempionat boyunca göstərdiyiniz həm peşəkarlıq, deyə bilərəm ki, həm də böyük fədakarlıq bu qələbəni mümkün edib. Siz xalqımızı sevindirmisiniz və təsadüfi deyil ki, Azərbaycan vətəndaşları sizi hava limanında böyük məhəbbətlə qarşılayıblar. Mən sizi ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox böyük qələbədir, tarixi qələbədir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031